Futbol üzrə Almaniya Bundesliqasında 8-ci tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub.
 
Lider "Bavariya" doğma meydanda "Verder"i qəbul edib və xal itkisi ilə üzləşib. "Leyptsiq" də "Ayntraxt"la səfər oyunundan xal itkisi ilə ayrılıb. Münhenqladbax "Borussiya"sı evdə "Auqsburq"la görüşdə heç-heçəyə razılaşıb. "Şalke" doğma meydanda "Volfsburq"a, "Arminiya" "Bayer"ə uduzub.
 
Dortmundun "Borussiya" klubu bu tur çərçivəsində Berlin "Herta"sını sınağa çəkib. Erlinq Halandın 4 qol vurduğu oyunda dortmundlular darmadağına seviniblər. Altı qolun qeydə alındığı "Hoffenhaym" – "Ştutqart" görüşündə isə qalib müəyyənləşməyib.
 
Almaniya Bundesliqası
8-ci tur
21 noyabr
 
Arminiya – Bayer 1:2
Qol: Hradeçki, 47-öz qapısına – Beyli, 27. Draqoviç, 88.
 
Borussiya (Münhenqladbax) – Auqsburq 1:1
Qol: Noyhaus, 5 – Kaliciuri, 88.
 
Bavariya – Verder 1:1
Qol: Koman, 62 – Eggeştayn, 45.
 
Hoffenhaym – Ştutqart 3:3
Qol: Baumqartner, 16. Sessenyon, 48. Kramariç, 71-pen – Qonzales, 18. Vamanqituka, 27. Kempf, 90+3.
 
Şalke – Volfsburq 0:2
Qol: Veqorst, 3. Şlager, 24.
 
Ayntraxt – Leyptsiq 1:1
Qol: Barkok, 43 – Poulsen, 57.
 
Herta – Borussiya (Dortmund) 2:5
Qol: Kunya, 33; 79-pen – Haland, 47; 49; 62; 79. Gerreyro, 70.
 
22 noyabr
 
18:30 Frayburq – Maynts
21:00 Köln – Yunion

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest