"Barselona" klubu ciddi itkiylə üzləşib.
 
Matc.az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu Jerar Pike zədələnib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. La Liqanın 10-cu turunun "Atletiko" ilə matçında zədələnən Pikenin 4-6 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
 
"Atletiko" – "Barselona" matçı meydan sahiblərinin minimal hesablı qələbəsiylə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest