"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin İhlas Xəbər Agentliyinə açıqlama verib.
 
Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis Ağdamın işğaldan azad olunmasına münasibət bildirib.
 
Qurbanov qaçqın komanda adının artıq "Qarabağ"ın üzərindən götürüldüyünü bildirib: "Artıq qaçqın komandası deyilik, bu statusu daşımırıq".
 
48 yaşlı çalışdırıcı bunun sevincini bütün komanda olaraq birlikdə yaşadıqlarını söyləyib: "Biz "Qarabağ" klubu olaraq Azərbaycanda o zonanı təmsil edirdik. Artıq rəsmən "Qarabağ" Ağdam olaraq vurğulanacaq. Futbolçularımızla birlikdə bu günü bayram etdik. Hər kəs çox sevinirdi, bir-birini təbrik edirdi. Bir anda kollektiv daxilində pozitiv mühit yarandı. Bu günü yaşadığımız üçün Allaha şükürlər olsun. Başda Ali Baş Komandanımız olmaqla, Ordumuz, əsgərlərimiz bu sevinci bizə yaşatdı. Xəyallarımızı gerçəkləşdirdilər. özüm və komandam adından hər birinə təşəkkür edirəm".
 
Qeyd edək ki, Ağdam 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyindən, həmin vaxtdan "Qarabağ" ev oyunlarını Bakıda keçirir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest