Bu barədə "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 10-cu turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyundan sonra açıqlamasında deyib.

"Neftçi"nin futbolçusu Mirabdulla Abbasov koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 10-cu turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyundan sonra açıqlamasında deyib.
 
O, Emin Mahmudovla yanaşı, Mirabdullanın da koronavirus testinin müsbət çıxdığını bildirib.
 
"Qəbələ" – "Neftçi" matçı 1:4 hesabıyla qonaqların xeyrinə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest