İngiltərənin "Liverpul" klubu tarixinin rekorduna imza atıb.
 
Matc.az xəbər verir ki, Yurgen Kloppun yetirmələri "Lester Siti" üzərində 3:0 hesablı qələbə ilə evdəki məğlubiyyətsizlik seriyasını 64-ə çatdırıb.
 
Bu, klub tarixinin yeni rekordudur. Bunadək "Liverpul"un ən yaxşı göstəricisi 63 oyuna bərabər idi. Bu, 1978-80-cı illərdə qeydə alınıb.
 
Qeyd edək ki, İngiltərə çempionatlarının rekordu isə "çelsi"yə məxsusdur. Londonlular 2004-08-ci illərdə 86 ev matçında uduzmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest