CAR millisinin (Cənubi Afrika Respublikası) sabiq futbolçusu Anele Nqtsonqtsa vəfat edib.
 
Matc.az xarici mətbuata istinadən xəbər verir ki, mərhum futbolçu avtomobil qəzası nəticəsində həyatını itirib.
 
Bədbəxt hadisə Kvazulu-Natalda baş verib. Hadisə nəticəsində sabiq futbolçunun həyat yoldaşı da xəsarət alıb və o, xəstəxanaya yerləşdirilib.
 
33 yaşlı mərhum futbolçu CAR millisində 52 oyunda forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest