Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Matc.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 6-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
 
"Qaradağ Lökbatan" – "Turan Tovuz" oyununda oyun öncəsi təcili yardım nümayəndəsi təyin olunan vaxtda (yeni təlimata görə oyunun başlamağına ən geci 45 dəqiqə qalmış) iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunub.
 
"Kəpəz" – MOİK oyununda "Kəpəz"in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
 
"Qarabağ-2" – "Zaqatala" oyununda topdaşıyan və xərəkdaşıyan şəxslərin yaş həddi və say limiti pozulduğu üçün meydan sahibi klub 80 manat cərimələnib. "Qarabağ" klubu oyunun ilkin protokolunu vaxtında tərtib etmədiyi üçün 80 manat cərimə olunub.
 
"Keşlə-2" – "Sabah-2"  oyununda "Keşlə"nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. "Sabah"ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. "Keşlə"nin 78 nömrəli futbolçusu Şirin Şirinov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyundan öncə təcili yardım nümayəndəsi təyin olunan vaxtda (yeni təlimata görə oyunun başlamağına ən geci 45 dəqiqə qalmış) iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest