"Neftçi" - "Sumqayıt" oyununda meydan sahiblərinin futbolçusu Anton Krivotsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat ziyana düşüb.

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Matç.az xəbər verir ki, yığıncaqda Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarında baş verənlər də müzakirə edilib və müvafiq qərarlar çıxarılıb. ümumilikdə 5800 manatlıq cərimələr kəsilib.

"Zirə" – "Səbail" matçının 33-cü dəqiqəsində qonaqların legioneri Tome Kitanovski aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 2400 manat cərimələnib.

"Neftçi" – "Sumqayıt" oyununda meydan sahiblərinin futbolçusu Anton Krivotsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat ziyana düşüb.

Görüşün I hissəsi başa çatdıqdan sonra "Sumqayıt"ın məşqiçisi Elnur çodarov və "Neftçi"nin inzibatçısı Qədir Həsənov texniki zona qaydalarını pozublar. Bu səbəbdən texniki zonadan kənarlaşdırılan şəxslər 1 oyun cəzalanıb, hər iki klub 800 manat cərimə olunub.

"Qarabağ" – "Keşlə" matçı başa çatdıqdan sonra qonaqların qapıçısı Kamran Ağayev və klubun Müşahidə Şurasının sədri Zaur Axundov hakimlər otağına icazəsiz daxil olduqlarına görə klub 1600 manat cərimələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest