Azarkeşlər Ağdam təmsilçisinin qrup mərhələsinin 2-ci turunda İspaniya "Vilyarreal"ına 1:3 hesabı ilə uduzduğu görüşdə də eyni addımı atıblar.

Bir qrup türkiyəli azarkeş Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində üz-üzə gələcək "Qarabağ" və "Sivasspor" komandaları üçün toplaşacaq.
 
Matc.az xəbər verir ki, fanatlar hər iki kollektivi oyunun keçiriləcəyi İstanbul şəhərindəki "Başakşəhər Fatih Terim" stadionunun önündə qarşılayacaqlar.
 
Azarkeşlər Ağdam təmsilçisinin qrup mərhələsinin 2-ci turunda İspaniya "Vilyarreal"ına 1:3 hesabı ilə uduzduğu görüşdə də eyni addımı atıblar.
 
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest