"Səbail" qış hazırlıq planı müəyyənləşib. Matç.az xəbər verir ki, paytaxt təmsilçisi  yanvarın 12-dən 25-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq.

Hazırlıq prosesi ərzində dörd yoxlama oyunu keçiriləcək. Rəqiblərdən üçü artıq bəllidi.

"Səbail" yanvarın 15-də "Aqvital" (Macarıstan), 21-də "Desna" (Ukrayna), 24-də isə "Kaysar" (Qazaxıstan) klubları ilə qarşılaşacaq.

Bakılıların qarşılaşacağı 4-cü rəqib hələ dəqiqləşməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest