Joze Mourinyonu vəzifəsindən uzaqlaşdıran "Mançester Yunayted" baş məşqçi postuna ilk namizədini müəyyənləşdirib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, "qırmızı şeytanlar" "Tottenhem"in çalışdırıcısı Maurisio Poçettinoya göz dikib.

Mövsümün sonu üçün axtarışa başlayan "mankunianlar"da Poçettino prioritet hədəfdi. Mançesterlilər hətta onun 34 milyon funt-sterlinqlik təzminatını da "Tottenhem"ə ödəməyə hazırdı. London klubu ilə yenicə 5 illik sözləşmə bağlayan argentinalının müqavilə müddəti 2023-cü ilin yayına qədərdi. Klub rəhbərliyinin bu yay transfer etməməsi də Poçettinonun narazılığına səbəb olmuşdu.

Qeyd edək ki, "Mançester Yunayted"də Maykl Kerrik mövsümün sonuna qədər baş məşqçi postunu icra edəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest