İtaliyanın "Kalyari" klubu yarımmüdafiəçisi Valter Birsa ilə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb.
 
Qeyd edək ki, Birsa 2019-cu ilin yanvarından "Kalyari"nin uğurları üçün çalışırdı. 34 yaşlı futbolçunun klubla müqaviləsinin müddəti 2021-ci ilin yayına qədər idi. O, bu mövsüm heç bir rəsmi oyuna çıxmamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest