AFFA İcraiyyə Komitəsinin qərarı ilə Qurban Qurbanovla yanaşı, digər yığmaların da baş məşqçilərinin istefaya göndərilməsindən sonra (U-19-la elit raundda çıxış edəcək Vüqar Məmməd xaric) onların yerinə ilk təyinat rəsmiləşmək üzrədi. Matç.az saytının əldə etdiyi məlumata görə, artıq 17 yaşadək futbolçulardan ibarət millimizi kimin çalışdıracağı bəllidi.

Böyük ehtimalla, həmin posta Mirbağır İsayev gətiriləcək. O, Ramin Quliyevi əvəzləyəcək. 44 yaşlı çalışdırıcı ilə yaxın günlərdə rəsmi anlaşmanın əldə olunacağı gözlənilir.

Qeyd edək ki, İsayev müxtəlif vaxtlarda U-17 və U-15 yığmalarında baş məşqçi kimi fəaliyyət göstərib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest