"Mançester Yunayted"in futbolçusu Edinson Kavani cəzalandırıla bilər.
 
Matc.az xəbər verir ki, uruqvaylı hücumçu Premyer Liqanın 10-cu turu çərçivəsində "Sauthempton"a qarşı keçirdikləri oyundan sonra "instagram" hesabında irqçi paylaşım edib. Bu barədə "Sky Sports" məlumat yayıb.
 
"Sauthempton"la matçda dubl edərək, komandasına qələbə qazandıran Kavani, sosial şəbəkə hesabında "təşəkkür edirəm, qara" yazıb. 33 yaşlı hücumçu 3 saat sonra paylaşımını silsə də, İngiltərə Futbol Assosiasiyası (FA) rəsmiləri daha əvvəl bu haqda məlumatlandırılıb.
 
FA-nın nizamnaməsinə görə, irqçi paylaşım edən futbolçu azı 3 oyunluq diskvalifikasiya olunur. Kavaninin də bu cəzaya məruz qalması gözlənilir.
 
"Mançester Yunayted" "Sauthempton"u səfərdə 3:2 hesabıyla məğlub edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest