"Qarabağ" bu gün 2019-cu il öncəsi ilk transferini reallaşdırıb. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Reynaldo Silvanın Ağdam klubuna dönüşü rəsmiləşib.

Braziliyalı forvard yeni-köhnə komandası ilə 2,5 illik müqavilə imzalayıb. "Aktobe" ilə müqavilə müddəti bitən və "Qarabağ"a azad agent kimi keçən Reynaldo bu barədə fikirlərini də bildirib: "Evimə gəldiyim üçün xoşbəxtəm. Karyeramın ən gözəl anlarını burada keçirmişəm. Səbrsizliklə "Qarabağ" formasıyla yenidən meydana çıxmağımı gözləyirəm. Bunun üçün də yaxşı formada olmağım üçün əlimdən gələni edəcəm. Klub rəhbərliyi, məşqçilər heyəti, azarkeşlər, "Qarabağ" camiəsi mənim üçün çox doğmadı. Bura komandaya fayda verməyə və "Qarabağ"la yeni uğurlar qazanmağa gəlmişəm".

Qeyd edək ki, Reynaldo Silva 2013-2016-cı illərdə "Qarabağ"ın heyətində 87 oyunda 43 qolla yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest