Onlardan ikisi futbolçu, ikisi isə texniki heyətin üzvləridir. Testləri müsbət çıxan şəxslər dərhal karantinə alınıb.

"Qarabağ"ın UEFA Avropa Liqasının I qrupundakı rəqiblərindən Türkiyənin "Sivasspor" komandasında 4 nəfər koronavirusa yoluxub. Matc.az xəbər verir ki, onlardan ikisi futbolçu, ikisi isə texniki heyətin üzvləridir.
 
Testləri müsbət çıxan şəxslər dərhal karantinə alınıb.
 
Qeyd edək ki, "Sivasspor" V turda evdə İspaniya "Vilyarreal"ını qəbul edəcək. Qarşılaşma dekabrın 3-də Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. "Qarabağ" III və IV turda "Sivasspor"a müvafiq olaraq 0:2 və 2:3 hesabları ilə uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest