Dortmund "Borussiya"sının hücumçusu Pako Alkaser yeni rekorda imza atıb. Matç.az saytının məlumatına görə, o, bunu Bundesliqanın XVI turunda "Fortuna" ilə qarşılaşmada həyata keçirib.

Dortmundluların məğlub olduğu görüşdə 60-cı dəqiqədə meydana daxil olan İspaniya millisinin forvardı komandasının təsəlli qoluna imza atıb - 1:2. O, bununla bir mövsümdə 10-cu oyunda sonradan meydana daxil olaraq fərqlənib. Ona qədər rekord Yonel Qanya ("Ştutqart": 2002-03) və Nils Petersenə ("Frayburq": 2016-17) məxsus idi.

Qeyd edək ki, Pako Alkaser hazırda 12 qolla Bundesliqada bombardirlər yarışına başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest