"Qarabağ"da daha əvvəl Qurban Qurbanov, Rahil Məmmədov və Maksim Medvedevdə koronavirus aşkarlanmışdı.

"Qarabağ"ın futbolçusu Mahir Emrelidə koronavirus aşkarlanıb. Matc.az xəbər verir ki, 23 yaşlı hücumçunun testi müsbət çıxıb.
 
Emreli bu səbəbdən Avropa Liqasının 5-ci turunun "Makkabi" ilə matçı üçün Türkiyənin İstanbul şəhərinə yollanmayıb.
 
Dekabrın 3-də keçiriləcək "Qarabağ" – "Makkabi" (İsrail, Təl-Əviv) oyununa Bakı vaxtı ilə saat 21:55-də start veriləcək. Matç ölkədəki hərbi vəziyyətlə əlaqədar olaraq İstanbulda – "Başakşəhər Fatih Terim" stadionunda keçiriləcək.
 
"Qarabağ"da daha əvvəl Qurban Qurbanov, Rahil Məmmədov və Maksim Medvedevdə koronavirus aşkarlanmışdı.  

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest