Moskva "Spartak"ı "Rostov"un azərbaycanlı futbolçusu Ayaz Quliyevi transfer etməkdə israrlıdı. Matç.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, moskvalılar yetirmələrini geri qaytarmaq üçün dəridən-qabıqdan çıxırlar.

"Rostov"un heyətində əla mövsüm keçirən gənc yarımmüdafiəçi üçün transfer danışıqlarına start verilib. "Spartak" bu keçid müqabilində qarşı tərəfə 1 milyon avro təklif edib. Komanda yanvarda Quliyevi heyətinə qatmaq niyyətindədi.

Qeyd edək ki, bu ilin yayında məhz "Spartak"dan transfer edilən Ayaz Quliyevin "Rostov"la müqavilə müddəti 2022-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest