Futbol üzrə İran çempionatında 4-cü turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Traktor" da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə "Mes Rafsancan"la qarşılaşıb. Təbriz klubu bu oyundan qələbə ilə ayrılıb – 1:0. Bu, Cənubi Azərbaycan nəhənginin yeni mövsümdəki ilk qələbəsidir.
 
Təbrizin digər təmsilçisi "Maşinsazi" klubu isə bu turda "Gol Gohar"la ev oyununda minimal hesabla uduzub.
 
Dörd turdan sonra 5 xalı olan "Traktor" 16 kollektiv arasında 10-cu, 1 xala malik "Maşinsazi" isə 15-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest