İtaliyanın "Milan" klubu ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, "qırmızı-qaralar"ın müdafiəçisi Simon Kyaer sıradan çıxıb.
 
Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində keçirilən "Seltik"lə oyunda (4:2) sıradan çıxan 31 yaşlı futbolçu sağ ayağından zədələnib.
 
Futbolçu növbəti günlərdə yenidən tibbi müayinədən keçəcək. Onun azı iki həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest