"Qarabağ"ın daha 5 futbolçusunun koronavirusa yoluxduğu məlum olub.
 
Matc.az xəbər verir ki, bu barədə klubun mətbut xidməti məlumat yayıb.
 
Komanda Avropa Liqasının qrup mərhələsində "Makkabi" ilə matçdan (1:1) geri döndükdən sonra Peşəkar Futbol Liqasının tələblərinə əsasən Premyer Liqanın 12-ci turunda qarşılaşacağı "Qəbələ" ilə matçın hazırlıqları çərçivəsində növbəti dəfə koronavirus testindən keçib. Testin nəticələrinə görə Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Tural Bayramov və Kevin Medinada COVİD-19 aşkarlanıb.
 
Daha öncə isə testin nəticəsi pozitiv olan daha iki futbolçu: Mahir Emreli və Abbas Hüseynov da müalicələrini davam etdirir.
 
Milli komandanın heyətində Lüksemburqda koronavirusa yoluxmuş Maksim Medvedev müalicəsini tamamlayaraq, Bakıya qayıdıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest