FİFA-nın sabiq prezidenti Yozef Blatter noyabrda koronavirus xəstəliyi keçirib.
 
Matc.az xəbər verir ki, bu barədə isveçrəli funksioner "The Athletic" nəşrinə açıqlamasında deyib.
 
O, 2 həftə xəstəxanada qaldığını və artıq tam olaraq sağaldığını bildirib:
 
"Heç bir simptom yoxdur. Bu, 3 həftə öncə baş verib. Xəstələndim, daha sonra hərarətim oldu. Cəmi bir gecə özümü pis hiss etdim. Şəxsi həkimim məni müayinə etdikdən sonra dərhal xəstəxanaya göndərdi. Test götürdülər və nəticənin müsbət olduğunu bildirdilər. İndi isə özümü yaxşı hiss edirəm".
 
Qeyd edək ki, Blatter 1998-2015-ci illərdə FİFA-ya rəhbərlik edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest