Futbol üzrə Türkiyə 1-ci liqasında 12-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi "Boluspor" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Altay"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
 
Araz da bu görüşün iştirakçısı olub. O, 67-ci dəqiqədə meydana buraxılıb.
 
12 turdan sonra hesabında 10 xal olan "Boluspor" 18 kollektiv arasında 16-cıdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest