Futbol üzrə Ukrayna yığmasının üzvləri – hücumçu Andrey Yarmolenko və yarımmüdafiəçi Ruslan Malinovski koronavirusa qalib gəlib.
 
Matc.az xəbər verir ki, Yarmolenkonun sağaldığını onun formasını geyindiyi "Vest Hem" klubunun baş məşqçisi Devid Moyes açıqlayıb. 
 
O, sonuncu testi neqativ çıxan futbolçunun artıq bir neçə gündür komanda ilə birgə məşq etdiyini açıqlayıb.
 
Malinovskinin sağaldığını isə İtaliyanın "Atalanta" klubu açıqlayıb. Onun da sonuncu testi mənfi olub və komanda ilə məşq etməsinə icazə verilib.
 
Xatırladaq ki, bu iki futbolçu ilə yanaşı, noyabrın ortalarında Ukrayna yığmasında daha bir neçə oyunçunun koronavirus testinin pozitiv çıxdığı açıqlanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest