Turun açılış matçında "Bernli" doğma meydanda "Everton"u qəbul edib. Bu görüşdə qalib müəyyənləşməyib. "Mançester Siti" bu turda "Fulhem"lə, "Mançester Yunayted" isə "Vest Hem"lə qarşılaşıb. Mançesterin hər iki təmsilçisi turu qələbəylə başa vurub.

Futbol üzrə İngiltərə Premyer Liqasında 11-ci tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib. 
 
Turun açılış matçında "Bernli" doğma meydanda "Everton"u qəbul edib. Bu görüşdə qalib müəyyənləşməyib. "Mançester Siti" bu turda "Fulhem"lə, "Mançester Yunayted" isə "Vest Hem"lə qarşılaşıb. Mançesterin hər iki təmsilçisi turu qələbəylə başa vurub. "çelsi" də evdə "Lids" üzərində əzmkar qələbəyə sevinib.
 
Bu tur keçirilməli olan "Aston Villa" – "Nyukasl" matçı qonaq komandanın heyətində bir neçə futbolçunun koronavirusa yoluxması səbəbindən təxirə salınıb.
 
İngiltərə Premyer Liqası
11-ci tur
5 dekabr
 
Bernli – Everton 1:1
Qol: Breydi, 3 – Kalvert, 45+3.
 
Mançester Siti – Fulhem 2:0
Qol: Sterlinq, 5. De Breyne, 26.
 
Vest Hem – Mançester Yunayted 1:3
Qol: Souçek, 38 – Poqba, 65. Qrinvud, 68. Reşford, 78.
 
çelsi – Lids 3:1
Qol: Jiru, 27. Zuma, 61. Pulişiç, 90+3 – Bemford, 4.
 
6 dekabr
 
16:00 Vest Bromviç – Kristal Pelas
18:15 Şeffild Yunayted – Lester
20:30 Tottenhem – Arsenal
23:15 Liverpul – Vulverhempton
 
7 dekabr
 
00:00 Brayton – Sauthempton

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest