"çelsi" klubu ciddi itkiylə üzləşib.
 
Matc.az xəbər verir ki, London təmsilçisinin yarımmüdafiəçisi Hakim Ziyex zədələnib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mərakeşli futbolçu Premyer Liqanın 10-cu turunun "Lids"lə matçının 30-cü dəqiqəsində zədələnib və Kristian Pulişiçlə əvəzlənib.
 
Ziyexin bir neçə müddət yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Futbolçunun son durumu tibbi müayinədən sonra bilinəcək.
 
"çelsi" – "Lids" matçı meydan sahiblərini 3:1 hesablı qələbəsiylə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest