"Mançester Yunayted" ciddi itkilərlə üzvləşib.
 
Matc.az xəbər verir ki, "qırmızı şeytanlar"ın hücumçusu Edinson Kavani ilə Antoni Marsyal zədələnib.
 
Bu barədə komandanın baş məşqçisi Ole Qunnar Sluşer "Vest Hem"ə qalib gəldikləri Premyer Liqa matçından (3:1) sonra məlumat verib.
 
Uruqvaylı hücumçu sözügedən matçın fasiləsində əvəzlənmişdi. Marsyal isə 62-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalmışdı.
 
Sluşerin sözlərinə görə, Kavani və Marsyal böyük ehtimalla "Leyptsiq"lə çempionlar Liqası, "Mançester Siti" ilə çempionat oyunlarında forma geyinə bilməyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest