Futbol üzrə Rusiya Premyer Liqasında 17-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi "Ufa" da növbəti oyununa çıxıb.
 
Sözügedən komanda səfərdə "Rostov"la qarşılaşıb. Başqırdıstan təmsilçisi bu oyundan qələbə ilə ayrılıb - 1:0.
 
Azər də bu görüşün iştirakçısı olub. O, 87-ci dəqiqədə meydana buraxılıb.
 
"Ufa" 17 oyuna topladığı 13 xalla 16 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest