"Barselona"nın hücumçusu Usman Dembele zədələnib.
 
Matc.az xəbər verir ki, 23 yaşlı hücumçu ötən gün La Liqanın 10-cu turunda "Kadis"lə matçda (1:2) bud nahiyəsindən xəsarət alıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçunun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.
 
Qeyd edək ki, Dembele bu mövsüm 8 matça çıxıb və 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest