Futbol üzrə Rusiya Premyer Liqasında 17-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi "Ximki" də növəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə Moskva çSKA-sı ilə qarşılaşıb. Əliyevin komandası bu görüşdən heç-heçə ilə ayrılıb - 2:2.
 
Kamran bu matçın iştirakçısı olmayıb. Cari mövsümdə bir qol vurmuş Əliyev bu dəfə sonadək ehtiyatda qalıb.
 
17 turdan sonra 19 xalı olan "Ximki" 16 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest