Futbol üzrə İspaniya La Liqasında 12-ci turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqiblərindən olan "Vilyarreal" da növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda "Elçe" ilə qarşılaşıb. "Qarabağ"ın rəqibi bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
 
Hazırda 21 xalı olan "Vilyarreal" 3-cü pillədə qərarlaşıb.
 
"Qarabağ" Avroliqanın qrup mərhələsinin 2-ci turu çərçivəsində qarşılaşdığı "Vilyarreal"la oyundan 1:3 hesabıyla məğlub ayrılıb. Növbəti oyun dekabrın 11-də İspaniyada baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest