Son çempion "Liverpul" "Vulverhempton"la qarşılaşıb və darmadağınla qalib gəlib. Turun mərkəzi görüşü Londonda keçirilib. Joze Mourinyonun rəhbərlik etdiyi "Tottenhem" doğma meydanda "Arsenal"ı qəbul edib.

Futbol üzrə İngiltərə Premyer Liqasında 11-ci turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, bazar günü daha dörd görüş baş tutub. 
 
"Kristal Pelas" səfərdə "Vest Bromviç"i darmadağın edibsə, "Şeffild Yunayted"in qonağı olan "Lester" çətin qələbəyə sevinib.
 
Son çempion "Liverpul" "Vulverhempton"la qarşılaşıb və darmadağınla qalib gəlib. Turun mərkəzi görüşü Londonda keçirilib. Joze Mourinyonun rəhbərlik etdiyi "Tottenhem" doğma meydanda "Arsenal"ı qəbul edib. Derbi meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
 
Bu tur keçirilməli olan "Aston Villa" – "Nyukasl" matçı qonaq komandanın heyətində bir neçə futbolçunun koronavirusa yoluxması səbəbindən təxirə salınıb.
 
İngiltərə Premyer Liqası
11-ci tur
5 dekabr
 
Bernli – Everton 1:1
Qol: Breydi, 3 – Kalvert, 45+3.
 
Mançester Siti – Fulhem 2:0
Qol: Sterlinq, 5. De Breyne, 26.
 
Vest Hem – Mançester Yunayted 1:3
Qol: Souçek, 38 – Poqba, 65. Qrinvud, 68. Reşford, 78.
 
çelsi – Lids 3:1
Qol: Jiru, 27. Zuma, 61. Pulişiç, 90+3 – Bemford, 4.
 
6 dekabr
 
Vest Bromviç – Kristal Pelas 1:5
Qol: Qallaxer, 30 – Furlonq, 8-öz qapısına. Zaha, 55; 68. Benteke, 59; 82.
 
Şeffild Yunayted – Lester 1:2
Qol: Makbörni, 26 – A.Peres, 24. Vardi, 90.
 
Tottenhem – Arsenal 2:0
Qol: Son, 13. Keyn, 45+1.
 
Liverpul – Vulverhempton 4:0
Qol: Salah, 24. Veynaldum, 58. Matip, 67. Semedo, 78-öz qapısına.
 
7 dekabr
 
00:00 Brayton – Sauthempton

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest