Futbol üzrə İtaliya A Seriyasının 10-cu turunun "Udineze" – "Atalanta" matçı baş tutmayıb.
 
Matc.az xəbər verir ki, buna güclü yağış səbəb olub.
 
Bazar gününə təyin olunan qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlamalı idi. Lakin əlverişsiz hava şəraiti səbəbindən təşkilatçılar oyunu təxirə salmaq məcburiyyətində qalıblar.
 
Oyunun hansı tarixdə baş tutacağı hələlik dəqiqləşməyib. İtaliya mətbuatı bu görüşün böyük ehtimalla yanvarın 20-də keçiriləcəyini yazır. Məsələ burasındadı ki, turnirin təqvimində ehtiyat gün kimi məhz bu tarix qeyd olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest