Bu gün 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkatma mərasimi baş tutub.

 
Matc.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Sürix şəhərində təşkil olunub.
 
FİFA-nın son açıqladığı reytinq cədvəlinə uyğun olaraq, 55 yığma komanda 6 səbətə bölünmüşdü. İlk 5 səbətdə 10, sonuncu səbətdə isə 5 komanda qərarlaşmışdı. Azərbaycan milli komandası 5-ci səbətdə yer almışdı. Püşk nəticəsində yığmamız Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birgə A qrupunda yer alıb.
 
Seçmə mərhələdə komandalar qruplarında ev və səfərdə olmaqla, bir-biriləri ilə iki dəfə qarşılaşacaqlar. Bu görüşlər 2021-ci ilin mart - noyabr aylarında keçiriləcək. Qrup qalibləri birbaşa 2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının final mərhələsinə vəsiqə qazanacaqlar. İkinci yeri tutanlar, eləcə də UEFA Millətlər Liqasında iki qrup qalibi pley-off oyunlarına qatılacaq.
 
A qrupu
Portuqaliya
Serbiya
İrlandiya
Lüksemburq
Azərbaycan
 
B qrupu
İspaniya
İsveç
Yunanıstan
Gürcüstan
Kosovo
 
C qrupu
İtaliya
İsveçrə
Şimali İrlandiya
Bolqarıstan
Litva
 
D qrupu
Fransa
Ukrayna
Finlandiya
Bosniya və Herseqovina
Qazaxıstan
 
E qrupu
Belçika
Uels
çexiya
Belarus
Estoniya
 
F qrupu
Danimarka
Avstriya
Şotlandiya
İsrail
Farer adaları
Moldova
 
G qrupu
Niderland
Türkiyə
Norveç
Monteneqro
Latviya
Cəbəllütariq
 
H qrupu
Xorvatiya
Slovakiya
Rusiya
Sloveniya
Kipr
Malta
 
İ qrupu
İngiltərə
Polşa
Macarıstan
Albaniya
Andorra
San Marino
 
J qrupu
Almaniya
Rumıniya
İslandiya
Şimali Makedoniya 
Ermənistan
Lixtenşteyn

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest