"Milan" İtaliya A Seriyasının 10-cu turu çərçivəsində səfərdə "Sampdoriya"ya 2:1 hesabı ilə qalib gəlib.
 
Matc.az xəbər verir ki, "qırmızı-qaralar" bu oyunda yeni rekorda imza atıb.
 
Komanda ardıcıl 30 oyunda qol vurub. Bu, klub tarixinin ən yaxşı göstəricisidir.
 
Bundan başqa, ilk 10 turda 8 qələbə qazanan komanda 1954/55-ci il mövsümündən bəri ən yaxşı göstəriciyə imza atıb. Həmin mövsüm "Milan" 10 oyunda 9 qələbə qazanmışdı.
 
"Sampdoriya" üzərindəki qələbədən sonra komandanın məğlubiyyətsizlik seriyası da 22 oyuna yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest