İtaliyanın "İnter" klubu ciddi itki ilə üzləşib.
 
Matc.az İtaliya mətbuatına istinadən xəbər verir ki, "neradzurra"nın çilili yarımmüdafiəçisi Arturo Vidal sıradan çıxıb.
 
A Seriyasının son turu çərçivəsində keçirilən "Bolonya" ilə matçda (3:1) zədələnən 33 yaşlı futbolçu bu gün tibbi müayinədən keçəcək.
 
Vidalın UEFA çempionlar Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçiriləcək "Şaxtyor"la (Ukrayna) oyunda iştirakı sual altındadır.
 
"İnter" – "Şaxtyor" oyunu dekabrın 10-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest