Futbol üzrə İtaliya millisinin sabiq hücumçusu Mario Balotellinin yeni klubu rəsmən müəyyənləşib.
 
Matc.az xəbər verir ki, 30 yaşlı futbolçu bundan sonra B Seriyası təmsilçisi "Monza"nın uğurları üçün çalışacaq.
 
Bu barədə İtaliya klubunun saytı məlumat yayıb. O, yeni klubuna azad agent kimi keçib. Balotelli ilə 2021-ci ilin iyununa kimi müqavilə imzalanıb.
 
Qeyd edək ki, Balotelli ötən mövsüm A Seriyası təmsilçisi "Breşiya"da oynayıb. O, 2019/20 mövsümündə İtaliya çempionatının 19 matçında 5 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest