Futbol üzrə İrlandiya milli komandasının baş məşqçisi Stiven Kenni DÇ-2022-nin seçmə mərhələsinin püşkünü dəyərləndirib.

Futbol üzrə İrlandiya milli komandasının baş məşqçisi Stiven Kenni Dç-2022-nin seçmə mərhələsinin püşkünü dəyərləndirib.
 
Matc.az xəbər verir ki, o, həyəcanverici qrupa düşdüklərini deyib:
 
"Həyəcanverici qrupa düşmüşük. Portuqaliya Avropa çempionu və Millətlər Liqasının qalibidir, Serbiyanın da gücü danılmazdır.  Lüksemburq yığması son illərdə inkişaf edib və digər rəqibimiz də Azərbaycan millisidir.
 
5 komandadan ibarət qrupdur və biz martda 3 oyun keçirəcəyik. Sıx qrafik olmayacaq, buna görə də maraqlı qrupdur.
 
Yeni macəra başlayır. Bundan əvvəlki vaxtlarda bir çox futbolçu dəvət etmişdik yığmaya, heyətimiz genişlənib. Bu da o deməkdir ki, martda daha güclü olacağıq. Oyunları səbirsizliklə gözləyirik və əsas mərhələyə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik".
 
İrlandiya yığması Aç-2022-nin seçmə mərhələsinin A qrupunda Portuqaliya, Serbiya, Lüksemburq və Azərbaycanla mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest