UEFA İcraiyyə Komitəsi yarışın təşkilindəki çətinliklər və azyaşlı oyunçuların mövcud şəraitdə səyahət etmək istəməməsi səbəbindən Gənclər Liqasında 2020/21 mövsümünün təqviminin yeni formatını təsdiqləyib.
 
Matc.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, turnir martın 2-də 1/32 final mərhələsinin görüşləri ilə start götürəcək və raundun qalibləri 1 oyunla müəyyənləşəcək.
 
Sonda yarımfinala qalan komandaların iştirakı ilə "dördlər finalı" (2021-ci il 17 - 20 may) olacaq. İlk püşkatma mərasimi yanvarın 27-də gerçəkləşəcək.
 
Yarışda əvvəlkitək 64 klub iştirak edəcək. Bunların 32-si əsas komandaları çL-ə vəsiqə qazanmış kollektivlər olacaq. Onlar çempionlar Liqası Yolunda mübarizə aparacaqlar. Digər 32 iştirakçı isə ölkələrində çempion olan gənclər komandası olacaq ki, bunlar da çempionlar Yolunda yarışacaqlar.
 
Qeyd edək ki, Gənclər Liqasında Azərbaycanı "Qəbələ"nin U-19 komandası təmsil edəcək. Azərbaycan çempionu mübarizəyə 1/32 finaldan başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest