Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün qəbul etdiyi sərtləşdirilmiş qərarlar açıq havada idman yarışlarına şamil edilməyib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün qəbul etdiyi sərtləşdirilmiş qərarlar açıq havada idman yarışlarına şamil edilməyib.
 
Matc.az xəbər verir ki, bu məsələ sərtləşdirilmiş karantin müddətində (2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək) fəaliyyətinə icazə verilən sahələr siyahısında yer alıb.
 
Belə ki, həmin müddətdə tamaşaçıların iştirakı olmadan açıq havada rəsmi idman yarışlarının keçirilməsi, habelə beynəlxalq idman yarışlarına hazırlıq üzrə tədbirlərin təşkilinə icazə verilir.
 
Bu isə o deməkdir ki, futbol üzrə Azərbaycan çempionatı da daxil olmaqla açıq havada yarış keçirmək mümkün olacaq.
 
Qeyd edək ki, son dövrlərdə Azərbaycan klublarında koronavirusa yoluxma halları çoxaldığına görə Premyer Liqada müəyyən fasilə yaranması gündəmdədir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest