Madrid "Real"ı daha bir ciddi itkiylə üzləşib.
 
Matc.az xəbər verir ki, "kral klubu"nun hücumçusu Luka Yoviç sıradan çıxıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Sağ bud əzələsindən zədələnən serb hücumçunun sağalma müddəti açıqlanmayıb.
 
Yoviç bu mövsüm "Real"la 5 oyuna çıxıb. O, bir müddət öncə koronavirusa yoluxduğuna görə də yaşıl meydanlardan kənarda qalmağa məcbur olmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest