Azərbaycan yığmasının Dç-2022-nin seçmə mərhələsində oyunlarının vaxtı açıqlanıb. Matc.az xəbər verir ki, A qrupunda mübarizə aparacaq milli komandamız ilk oyununu evdə Portuqaliyaya qarşı keçirəcək.

Qeyd edək ki, UEFA son Asiya çempionu Qətər millisini 2022-ci ildə keçiriləcək dünya çempionatına hazırlıq məqsədilə dəvət edib və bu komanda A qrupunda yer alan bütün komandalarla təqvimə uyğun olaraq ev-səfər prinsipi əsasında qarşılaşacaq. Rəqiblərin səfər məsafəsinin qısa olması üçün Qətər millisinin ev oyunları Avropada keçiriləcək. Qətər millisinin keçirəcəyi ev oyunlarının məkanı və saatı barədə əlavə məlumat veriləcək.

2021-ci il
24 mart

20:45. Portuqaliya – Azərbaycan

27 mart
Qətər – Azərbaycan

30 mart
18:00. Azərbaycan – Serbiya

1 sentyabr
20:45. Lüksemburq – Azərbaycan

4 sentyabr
18:00. İrlandiya – Azərbaycan

7 sentyabr
18:00. Azərbaycan – Portuqaliya

9 oktyabr
18:00. Azərbaycan – İrlandiya

12 oktyabr
20:45. Serbiya – Azərbaycan

11 noyabr
18:00. Azərbaycan – Lüksemburq

14 noyabr
Azərbaycan – Qətər

Qeyd: Oyunların başlanma saatı mərkəzi Avropa vaxtı ilə göstərilib

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest