"Qarabağ", "Neftçi", "Qəbələ", "Sumqayıt", "Keşlə" və "Zirə" klubları UEFA Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda Fransada PSJ ilə oyunda irqçiliyə məruz qalmış "Başakşəhər" klubunun məşqçisi Pyer Veboya dəstək olub.

"Qarabağ", "Neftçi", "Qəbələ", "Sumqayıt", "Keşlə" və "Zirə" klubları UEFA çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda Fransada PSJ ilə oyunda irqçiliyə məruz qalmış "Başakşəhər" klubunun məşqçisi Pyer Veboya dəstək olub.
 
Matc.az xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı "Facebook" səhifəsində Kevin Medina və Donald Geryenin birgə fotosunu paylaşıb. Fotonun üzərində "Gülüşünüzdən başqa rəng yoxdur" sözləri yazılıb.
 
Digər 5 klub isə sosial şəbəkə hesabında "İrqçiliyə yox" şüarını paylaşıb.
 
Qeyd edək ki, PSJ - "Başakşəhər" oyunu 4-cü hakim Sebastyan Koltseskunun qonaq komandanın məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəbindən 14-cü dəqiqədən etibarən yarımçıq dayandırılıb. Matç sabah qaldığı yerdən davam etdiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest