09 Dekabr 2020, 10:17
DİGƏR
Kişi idman gimnastikası üzrə Azərbaycan millisi Türkiyənin Mersin şəhərində keçiriləcək Avropa çempionatında iştirak etməyəcək.
Matc.az xəbər verir ki, buna səbəb yığmanın 3 üzvünün koronavirusa yoluxmasıdır. Bu barədə federasiyasının rəsmi saytı məlumat yayıb.
Bütün nümayəndə heyəti Mersinə yola düşməmişdən əvvəl koronavirusa görə testdən keçib və komandanın bütün üzvlərinin nəticəsi neqativ olub. Pandemiya dövründə təşkil olunan yarışlarda bir qayda olaraq Yerli Təşkilat Komitəsi təkrarən test keçirir. Mersində götürülən testdə 3 gimnastın nəticəsi pozitiv olub. Hazırda onlar özlərini yaxşı hiss edirlər və sağaldıqdan sonra Bakıya qayıdacaqlar. Nümayəndə heyətinin digər üzvlərində Mersində ardıcıl olaraq götürülmüş 2 testin nəticəsi neqativ çıxdığından, onlar Bakıya qayıdacaq və karantin rejiminə riayət edəcəklər. Virusa yoluxmuş şəxslər arasında həm gənc, həm də böyük idmançılar olduğundan və testləri neqativ çıxmış gimnastların da onlarla təmas etməsi səbəbindən, yığma komanda yarışlarda iştirak etməmək məcburiyyətində qalıb.
Avropa çempionatı dekabrın 9-13-ü aralığı keçiriləcək.