İngiltərənin "Lids" klubu ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin müdafiəçisi Robin Kox uzun müddətə sıradan çıxıb.
 
İngiltərə çempionatının 11-ci turu çərçivəsində "çelsi" ilə oyunda (1:3) dizindən ağır zədə alan futbolçunun əməliyyat olunması zərurəti yaranıb. 24 yaşlı futbolçunun dəqiq nə vaxt sıraya dönəcəyi isə bilinmir.
 
Qeyd edək ki, Robin Kox bu mövsüm Premyer Liqada 11 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest