UEFA çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində "Barselona"ya 3:0 hesabı ilə qalib gələn "Yuventus"un hücumçusu Kriştiano Ronaldo açıqlama verib.
 
Matc.az İtaliya mətbuatına istinadən xəbər verir ki, "qoca sinyora"nın iki qolunun müəllifi olan portuqaliyalı futbolçu, oyunla və rəqibin hücumçusu Lionel Messi ilə münasibətləri ilə bağlı danışıb:
 
"Böyük komandaya qarşı belə qələbəyə ehtiyacımız vardı. 20 dəqiqə içərisində iki qol vurduq və qalib gələcəyimizə inandıq.
 
Messi ilə hər zaman çox yaxşı anlaşmışıq. Bunu ondan soruşsaz, o da eyni cür cavab verəcək. 12-13 ildir mükafat mərasimlərində olmuşuq. Messini heç vaxt rəqib olaraq görməmişəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest