Azərbaycan millisinin və "Sabah" klubunun futbolçusu Bəhlul Mustafazadənin müsahibəsi

Azərbaycan millisinin və "Sabah" klubunun futbolçusu Bəhlul Mustafazadənin müsahibəsi
 
- Dünya çempionatının seçmə mərhələsində Serbiya, İrlandiya, Portuqaliya və Lüksemburq rəqib oldunuz. Püşkün nəticəsini necə dəyərləndirirsiniz?
- Fikrimcə, maraqlı qrupdur. Portuqaliya hazırda Avropanın ən güclü komandalarındandır. Ancaq digər rəqiblər də yaxşı yığmalardır. Bu komandalarla müxtəlif vaxtlarda üz-üzə gelmişik. Yalnız İrlandiya bizim uçün yenidir. Bizi qarşıda maraqlı oyunlar gözləyir. Əlimizdən gələni edəcəyik ki, matçlarımızdan müsbət nəticə ilə ayrılaq.
 
- Qrupda ən arzuolunmaz rəqib hansıdır və nəyə görə?
- Əlbəttə, Portuqaliya. Amma bundan əvvəl də qeyd etdiyim kimi qrupdakı diger komandalar da yüksək səviyyədə futbol oynamağı bacaran kollektivlərdir.
 
- 4 rəqibdən 3-ü ilə əvvəl qarşılaşmışıq. Onların gücünü hardasa bilirik. Yalnız İrlandiya ilə oyun keçirməmişik. Bu rəqib barədə nə deyə bilərsiniz?
- İrlandiya haqqında məndə səthi məlumatlar xaricinde ciddi informasiya yoxdur. Artıq rəqiblərimizi bilirik və bu gündən məlumat toplamağa başlayacağıq.
 
- Azərbaycan qrupun ən zəif bəndi hesab olunur. Bu fikirlərlə razısınız?
- Bu fikirlə razı deyiləm. Məncə, qrupdaki bütün komandalara çetinlik yarada bilərik. Hədəflərimizi yüksək tutmalıyıq.
 
- Qrupun favoriti Portuqaliyadır. Heyətində Kriştiano Ronaldo kimi dünya ulduzu var. Siz də müdafiəçisiniz. Ona qarşı oynamaq əlavə motivasiya olacaq, yoxsa əlavə problem?
- Ronaldo oynadığı bütün rəqiblər üçün real problemdir. Mənim üçün onunla meydanda mübarizə aparmaq əlavə motivasiya olacaq.
 
- Millətlər Liqasında yığma yenilənmiş heyətlə mübarizə apardı. çıxışınızı necə qiymətləndirirsiniz?
- Daha yaxşı çıxış edə bilərdik. Yenilənmiş heyətimiz var. Qarşıdakı turnirlərdə daha yaxşı komanda görəcəksiniz.
 
- Hazırkı komandanın potensialı seçmə mərhələdə neçənci yeri tutmağa imkan verir?
- Bu barədə nəsə demək çətindir. Əlimizdən gələni edəcəyik ki, seçmə mərhələni yaxşı nəticə ile başa vuraq.
 
- Koronavirusa görə çempionatda yenidən fasilə yarandı. İndiki halda yarışın davam etdirilməsinin, yoxsa dayandırılmasının tərəfdarısınız?
- Hamı üçün insan sağlamlığı hər şeydən önəmlidir. Nə qərar verilsə, razılaşmaqdan başqa yolumuz yoxdur. Ancaq şəxsən men çempionatın davam etdirilməsini istəyərdim. (Report)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest