Futbol üzrə İrlandiya yığmasının məşqçisi Damyen Daff Dç-2022-nin seçmə mərhələsində yer aldıqları qrupla bağlı fikirlərini bölüşüb.
 
Matc.az xəbər verir ki, 41 yaşlı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:
 
"Püşkatmada 2-ci səbətdən 3-cüyə geriləməklə işimizi kifayət qədər çətinləşdirdik. Amma hər şey daha da pis ola bilərdi. Seçmə mərhələyə martın 24-də Serbiyaya qarşı səfər oyunu ilə start verəcəyik. Bu rəqibdən çəkinməməliyik. Debüt matçları hər zaman çətin olur. Amma bu, bizi qorxutmamalıdır. ümid edirəm ki, milliyə dəvət alan futbolçular formada qalmaq üçün klublarında daha çox oyun şansı qazanacaqlar".
 
Dç-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin A qrupunda Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lükemburq yığmaları yer alıb. Həmçinin UEFA hazırlıq məqsədilə mundiala ev sahibliyi edəcək Qətər seçməsini bu qrupa dəvət edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest