Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2020-ci ilin ən yaxşı oyun qurucusunun adını açıqlayıb.
 
Matc.az xəbər verir ki, bu, "Mançester Siti"nin futbolçusu Kevin de Breynedir. Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
 
Belçikalı futbolçu bu ad uğrunda mübarizədə "Barselona"nın hücumçusu Lionel Messini qabaqlayıb. O, 175, argentinalı futbolçu isə 100 xal toplayıb.
 
Keçən mövsüm ən yaxşı oyun qurucusu Messi olmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest